...

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Hadisə Materials 7 Sentyabr 2019 11:42 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılıb.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti