...

Astaradan Bakıya satmaq üçün narkotik gətirən şəxs həbs edildi (FOTO)

Hadisə Materials 9 Sentyabr 2019 21:45 (UTC +04:00)
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan Astara rayon sakini əvvəllər məhkum olunmuş Qorxmaz Şahbazov paytaxt ərazisində saxlanılıb.
Astaradan Bakıya satmaq üçün narkotik gətirən şəxs həbs edildi (FOTO)

Bakı. Samir Əli - Trend:

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan Astara rayon sakini əvvəllər məhkum olunmuş Qorxmaz Şahbazov paytaxt ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman külli miqdarda 72,6 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə heroin və 8,1 qram metamfetamin aşkar olunaraq götürülüb. Q.Şahbazov ifadəsində narkotik vasitələri Astara rayonunda adı istintaqa məlum olmayan şəxsdən əldə etdiyini və satış məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti