Bakı. Trend:
Şirvanda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü və ev əşyaları 40 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.