Bakıda çarpayıdan yıxılan ağırçəkili şəxsə kömək göstərildi

Hadisə Xəbər 18 Sentyabr 2019 13:36 (UTC +04:00)
Yasamal rayonunda ağırçəkili 1 nəfər yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalıb
Bakıda çarpayıdan yıxılan ağırçəkili şəxsə kömək göstərildi

Bakı. Trend:

Yasamal rayonunda ağırçəkili 1 nəfər yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyin-dən Trend-ə bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti