...

25 min manatlıq qızıl-zinət oğurlayan keçmiş məhkum saxlanılıb (FOTO)

Hadisə Materials 7 Oktyabr 2019 15:32 (UTC +04:00)
Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.
25 min manatlıq qızıl-zinət oğurlayan keçmiş məhkum saxlanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

25 min manatlıq qızıl-zinət oğurlayan keçmiş məhkum saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust-sentyabr ayları ərzində rayon ərazisində 4 evdən ümumi dəyəri 25.000 manata yaxın olan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Efəndiyev saxlanılıb.

O, törətdiyi cinayət əməllərini etiraf edib. Mənzillərdən oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində və Quba rayonu ərazisində dəyərindən ucuz qiymətə satan Ş.Efəndiyev əldə etdiyi pulları xərclədiyini bildirib.

Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti