...

Yevlaxdan Bakıya gələn 24 yaşlı oğlan itkin düşdü

Hadisə Materials 28 Oktyabr 2019 22:47 (UTC +04:00)
Yevlax sakini Bakıda itkin düşüb.
Yevlaxdan Bakıya gələn 24 yaşlı oğlan itkin düşdü

Bakı. Samir Əli - Trend:

Yevlax sakini Bakıda itkin düşüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Yevlax rayonunun Xanabad kənd sakini, 1995-ci il təvəllüdlü Binnətov İlyas Aşır oğlu oktyabrın 20-də yaşadığı evdən çıxaraq Bakıya gəlib və bir daha geri qayıtmayıb. Sonuncu dəfə onu oktyabrın 25-də paytaxtın Nəsimi rayonu, H.Seyidzadə küçəsi 22 ünvanının qarşısında görüblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti