...

Gəncədə valyuta mübadiləsi ilə məşğul olan 30 yaşlı kişi küçədə öldürüldü

Hadisə Materials 11 Noyabr 2019 09:45 (UTC +04:00)
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Gəncədə valyuta mübadiləsi ilə məşğul olan 30 yaşlı kişi küçədə öldürüldü

Bakı. Samir Əli - Trend:

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə gecə saatlarında Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əliyev Mirağa İlqar oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib.

Məlumata görə, M.Əliyev Gəncədə valyuta mübadilə məntəqəsi işlədirmiş.

Faktla bağlı cinayət işi başlanıb və hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti