Bakı. Trend:
Bakıda "Chevrolet" yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nizami rayonunda “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.