Bakı. Trend:
Abşeron rayonunda yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 110 m² olan 3 otaqlı mənzilin mətbəxində 8 m² sahədə mebel və 1 ədəd soyuducu yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb