Bakı. Samir Əli - Trend:
Tərtər rayonunda bir nəfər dəm qazından ölüb.
Trend-in məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində baş verib.
Rusiya Federasiyasının vətəndaşı, 1969-cu il təvəllüdlü Nəbiyev Nəbi Səməd oğlu Tərtər rayonunun Qaradağlı kəndində olan evin həyətindəki hamamda çimərkən dəm qazından boğularaq ölüb.
N.Nəbiyevin meyiti hamamda aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.