...

Bakıda ticarət köşkünə silahlı basqın edildi

Hadisə Materials 28 Noyabr 2019 18:50 (UTC +04:00)
Bakıda ticarət köşkünə silahlı basqın edilib.
Bakıda ticarət köşkünə silahlı basqın edildi

Bakı. Samir Əli - Trend:

Bakıda ticarət köşkünə silahlı basqın edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 35-də baş verib.

2 nəfər naməlum şəxs həmin ünvandakı ticarət köşkünə basqın edərək orada satıcı işləyən Nemət İsgəndərov və Ədalət Rzayevə bıçaqla hədə-qorxu gəlib, onları oldürəcəklərini bildiriblər. Naməlum şəxslər ticarət köşkündən 800 manat pul və 1000 manat dəyərində mobil danışıq kartı götürərək hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti