...

Abşeronda keçmiş məhkum restoranda tapança ilə adam öldürdü

Hadisə Materials 29 Noyabr 2019 13:09
Nazirlik restoranda baş verən qətllə bağlı məlumat yayıb
Abşeronda keçmiş məhkum restoranda tapança ilə adam öldürdü

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Noyabrın 28-də saat 23 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisindəki restoranların birində Müşfiqabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş O.Gərayev münaqişə zəminində tapançadan açdığı atəşlə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Xəlilovu qətlə yetirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən O.Gərayev saxlanılıb.

Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti