...

Hacıqabul sakinindən silah götürülüb

Hadisə Materials 29 Noyabr 2019 22:17 (UTC +04:00)
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.
Hacıqabul sakinindən silah götürülüb

Bakı. Trend:

Hacıqabul sakinindən silah götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan şəhərindəki Regional qrupundan Trend-ə verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Hacıqabul rayonu Tava kənd sakini Əliyusif Şirinov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Ona məxsus fermadan 1ədəd "BUM" markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti