...

Qubada yolu keçən piyadanı avtomobil vurub öldürdü

Hadisə Materials 30 Noyabr 2019 16:40 (UTC +04:00)
Quba rayonunun Paşaoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Qubada yolu keçən piyadanı avtomobil vurub öldürdü

Bakı. Trend:

Quba rayonunun Paşaoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 29-da saat 17 radələrində Quba rayonunun Paşaoba kəndi ərazisində Xızı rayon sakini İ.Əftilov idarə etidiyi “Shacman” markalı avtomobillə yolu keçən kənd sakini Mehman Əhmədovu vurub. Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti