Bakı. Trend:
Bakıda yol qəzası baş verib.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, bir qədər əvvəl Ziya Bünyadov prospektində - Nəcəf Nərimanov küçəsi ilə kəsişmədə (20 yanvar dairəsi sitiqamətində) yol - nəqliyyat hadisəsi baş verib: "Hazırda hadisə baş verən hissəyədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur. Qəza ilə əlaqədar Ziya Bünyadov prospekti əsas yolda hərəkət 20 yanvar dairəsi istiqamətində məhdudlaşdırılıb".