...

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib (VİDEO)

Hadisə Materials 14 Dekabr 2019 00:11 (UTC +04:00)
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza bu gün səhər Nərimanov rayonunda qeydə alınıb. Yüksək sürət qəzaya səbəb olub. Belə ki, Xəlil Rza küçəsi ilə hərəkətdə olan “Lada” markalı avtomobil yüksək sürətlə ötmə əməliyyat yerinə yetirərkən sürüşüb. İdarətməni itirən sürücü əks yol ilə gələn “Kia” makalı maşınla toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüləri xəsarət aldığı qeyd olunur. Hadisə yerinə Təcili yardım briqadası və Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti