...

Ağstafada mərmi tapılıb

Hadisə Materials 25 Dekabr 2019 01:25 (UTC +04:00)
Ağstafa rayonunun Ağgöl kəndi ərazisində 1 ədəd mərmi tapılıb
Ağstafada mərmi tapılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Ağstafa rayonunun Ağgöl kəndi ərazisində 1 ədəd mərmi tapılıb.

2019-cu il 24 Dekabr tarixində saat 13:03-də Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 60 mm-lik minaatan mərmisi aşkar olunub, silahdan atıldığına və partlamadığına görə Agentliyin mütəxəssisləri tərəfindən partlayış yolu ilə yerində zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti