Bakı. Trend:
Sumqayıtda qəza törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, yanvarın 8-də saat 19 radələrində Sumqayıt şəhərinin Babək küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini E.Hüseynova vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, şəhər sakini N.Əhlimanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.