...

Masallı və Yevlaxda yanğın olub

Hadisə Materials 19 Yanvar 2020 09:03 (UTC +04:00)
Masallı və Yevlaxda fərdi evlərdə yanğın hadisələri qeydə alınıb
Masallı və Yevlaxda yanğın olub

Bakı. Trend:

Masallı və Yevlaxda fərdi evlərdə yanğın hadisələri qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Masallı rayonunun Şıxlar kəndində ümumi sahəsi 192 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yevlax şəhərində ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin dam örtüyü 40 m² sahədə yanıb. Yüksək temperaturdan taxtadan ibarət tavan 2 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti