...

Tovuzda yaşayış binası yanıb

Hadisə Materials 25 Yanvar 2020 22:00 (UTC +04:00)
Tovuzda yanğın qeydə alınıb
Tovuzda yaşayış binası yanıb

Bakı. Trend:

Tovuzda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Tovuz rayonunun Qovlar şəhərində ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 84 m² olan 3 otaqlı mənzilin eyvanının tavanı 20 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti