...

Bakıda gecə baş verən qəzada bir nəfər xəsarət alıb (VİDEO)

Hadisə Materials 15 Fevral 2020 10:38 (UTC +04:00)
Ötən gecə Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda gecə baş verən qəzada bir nəfər xəsarət alıb (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gecə Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Xudadat Məlikaslanov küçəsində iki avtomobilin toqquşması nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

Sözügedən ərazidə köməkçi yoldan əsas yola çıxan 50-CH-826 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil əks yoldan gələn 09-BP-268 dövlət nişanlı "Lada" markalı avtomobil ilə toqquşub. Qəza səbəbindən Xudadat Məlikaslanov küçəsində tıxac yaranıb.

Hadisə yerinə təcili yardım briqadası və Dövlət Yol Patrul xidmətinin əməkdaşları cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti