...

Lənkəranda 62 yaşlı qaynaqçının ölümü ilə bağlı cinayət işi başlandı

Hadisə Materials 17 Fevral 2020 16:10 (UTC +04:00)
Lənkəran şəhərində usta faciəli şəkildə dünyasını dəyişib.
Lənkəranda 62 yaşlı qaynaqçının ölümü ilə bağlı cinayət işi başlandı

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Lənkəran şəhərində usta faciəli şəkildə dünyasını dəyişib.

Trend-in məlumatına görə, hadisə şəhərin Qala Xiyabani küçəsi 8 ünvanında, Vaqif İsmayılova məxsus evdə baş verib.

Şəhər sakini, 1958-ci il təvəllüdlü Nəhmət Məmmədov V.İsmayılova məxsus həyətdəki yarımtikilidə qaynaq işləri apararkən ehtiyatsızlıqdan yıxılıb. Ağır kəllə-beyin travması alan N.Məmmədov xəstəxanaya çatdırılsa da orada ölüb.

Faktla bağlı Lənkəran şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti