Xətaidə yol qəzası: Piyada hadisə yerində öldü

Hadisə Xəbər 26 Fevral 2020 12:51 (UTC +04:00)

Bakı. Trend:

Xətai rayonunun G.Mehmandarov küçəsində piyadanın ölümü ilə nəticələnən YNH-ni törətməkdə şübhəli bilinən sürücü B.Babayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 25-də saat 7 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Yeganə Hüseynova vurulub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini B.Babayev saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti