...

Bakıda iki maşın toqquşdu - 3 nəfər xəsarət aldı (VİDEO)

Hadisə Materials 18 Mart 2020 11:25 (UTC +04:00)
Bakıda iki maşın toqquşdu - 3 nəfər xəsarət aldı (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Binəqədi rayonu, Biləcəri - Baksol yolunda qeydə alınıb. Minik avtomobili ötmə əməliyyatını edərkən qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub. Toqquşmanın gücündən hər iki avtomobil yararsız vəziyyətə düşüb. Qəza zamanı üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Hadisə şahidləri bildiriblər ki, qəza səbəbindən adıçəkilən yolda qısamüddətli tıxac yaranıb. Qəza yenirə Dövlət Yol Patrul xidmətinin əməkdaşları cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti