...

2 evdən pul və məişət əşyaları oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 2 Aprel 2020 23:32 (UTC +04:00)
2 evdən pul və məişət əşyaları oğurlayan şəxs saxlanılıb

Bakı. Trend:

Xəzər rayonunda oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş N.Əliyevin ətrafında Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 2 evdən pul, su qızdırıcısı və məişət əşyaları, bir həyətyanı sahədən isə velosiped oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti