...

Bakıda 8 nəfər metil spirtindən zəhərlənərək ölüb

Hadisə Materials 8 Aprel 2020 15:13 (UTC +04:00)
Ötən ay metil spirtindən zəhərlənmə ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 13 nəfər müraciət edib
Bakıda 8 nəfər metil spirtindən zəhərlənərək ölüb

Bakı. Samir Əli - Trend:

Ötən ay metil spirtindən zəhərlənmə ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 13 nəfər müraciət edib.

Bu barədə Trend-ə şöbə müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, zəhərlənənlərdən 8 nəfər dünyasını dəyişib:

"Bu müddət ərzində dəm qazından 11 nəfər zəhərlənib. Onlardan 3 nəfər xəstəxanaya stasionar qəbul edilib, 8 nəfər isə ambulator müayinədən sonra evə buraxılıb. Mart ayında 3 nəfər sirkə turşusundan zəhərlənib, 6 nəfər isə allergik reaksiya ilə əlaqədar xəstəxanaya qəbul olunub. Həmin şəxslərdən ölən olmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti