...

Rusiyanın Zabaykalsk diyarında 785 hektar meşə yanır

Hadisə Materials 22 Aprel 2020 05:41 (UTC +04:00)
Rusiyanın Zabaykalsk diyarında 785 hektar meşə yanır

Bakı. Trend:

Rusiyanın Zabaykalsk diyarında yerləşən "Tsasucheyskiy Bor" qoruğunun ərazisində 700 hektardan çox tayqa yanır.

Trend-in məlumatına görə, bu barədə ölkənin regional təbii sərvətlər nazirliyinin mətbuat xidməti xəbər yayıb.

22 aprel səhər saatlarında Zabaykalsk diyarının ərazisində yeddi yanğın qeydə alınıb. Hazırda yanğın 785 hektar ərazidə davam edir, 4118 hektar ərazidə isə zərərsizləşdirilib.

Yanğının söndürmə əməliyyatlarına 234 yanğınsöndürən və 52 ədəd texnika cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti