...

Bakıda "07" 64 yaşlı kişini vurub öldürdü

Hadisə Materials 24 Aprel 2020 10:33 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü A.Bayramovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil yolu keçmək istəyən 1956-cı il təvəllüdlü E.Əfəndiyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti