...

Cəlilabadda "Mercedes" ağaca çırpıldı, ölən və yaralanan var

Hadisə Materials 25 Aprel 2020 11:14 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Maşlıq kəndinin ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Mahir Nəzərov özünə məxsus "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sərnişinlər, 1980-cı il təvəllüdlü Səbuhi Ələmov və 2002-ci il təvəllüdlü Tural Kərimov müxtəlif bədən xəsarətləri ilə Cəlilabad rayon Diaqnostika Mərkəzinə çatdırılıblar. T.Kərimov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti