...

Yeni Zelandiyada 5.6 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 27 Aprel 2020 06:35 (UTC +04:00)
Yeni Zelandiyada 5.6 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Yeni Zelandiyanın Cənubi adasının cənub-qərbində 5.6 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Milli Geofiziki Müşahidələr Xidməti xəbər yayıb.

Məlumata əsasən, zəlzələnin episentri Te-Anau şəhərindən 40 kilometr şimalda, ocağı isə 67 km dərinlikdə yerləşib.

Xəsarət alan və ya dağıntılar barədə məlumat verilməyib.

Bir həftə əvvəl geofiziki müşahidələr xidməti eyni bölgədə 5.0 bal gücündə zəlzələ barədə bildirib. Zəlzələnin mərkəzi 56 km dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti