...

Bərdədə iki qardaş yol qəzasında öldü

Hadisə Materials 27 Aprel 2020 09:25 (UTC +04:00)
Bərdədə iki qardaş yol qəzasında öldü

Bakı. Samir Əli - Trend:

Bərdə rayonunda ölümlə nəticələn yol-qəza hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Köbər kəndində qeydə alınıb.

Bərdə rayon sakini, 1968-ci il təvəllüdlü Habil Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil 1980-ci il təvəllüdlü Elnur Cəfərovun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində E.Cəfərov hadisə yerində ölüb. Onun qardaşı Seymur Cəfərov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti