Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakıda yaşlı qadın huşsuz vəziyyətə tapılaraq xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, hadisə Yasamal rayonu, Zahid Xəlilov küçəsi 43 ünvanında yerləşən binanın qarşısında qeydə alınıb.
Yaşlı qadın sakinlər tərəfindən aşkar olunub. Onlar qadını dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriblər.
Xəstə hazırda danışa bilmədiyindən onun kimliyini və yaxınlarını müəyyən etmək mümkün deyil.