...

Bakıda bərbərxanaya basqın edildi

Hadisə Materials 1 İyun 2020 11:44 (UTC +04:00)
Bakıda bərbərxanaya basqın edildi

Bakı. Samir Əli - Trend:

Bakıda bərbərxanada quldurluq hadisəsi olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. Qəsəbədə fəaliyyət göstərən bərbərxanaya daxil olan naməlum şəxs əlindəki dəmir parçası ilə orada bərbər işləyən Orxan Kazımova hücum edərək onu hədələyib və 120 manatını alıb hadisə yerindən qaçıb.

Suraxanı rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsivə 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Malik Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti