...

Bakıda iri ticarət mərkəzlərindən spirtli içkilər oğurlayan şəxs yaxalandı

Hadisə Materials 2 İyun 2020 10:06 (UTC +04:00)
Bakıda ticarət mərkəzindən oğurluq edən şəxs saxlanılıb.
Bakıda iri ticarət mərkəzlərindən spirtli içkilər oğurlayan şəxs yaxalandı

Bakı. Samir Əli - Trend:

Bakıda ticarət mərkəzindən oğurluq edən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Naməlum şəxs Bülbül prospektində yerləşən "Grand" marketdən 102 manatlıq, "Bolmart"-dan 68 manatlıq spirtli içki oğurlayıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində marketlərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, məhkum olunmuş 1987-ci il təvəllüdlü Kamil Həsənov saxlanılıb.

Məlum olub ki, K.Həsənov mayın 30-da 03:45-də Səməd Vurğun küçəsində yerləşən "Af Mall" ticarət mərkəzindən spirtli içki oğurlayarkən mühafizəçi görüb, nəticədə o əlindəki içkiləri yerə ataraq qaçıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti