...

Bakıda keçmiş məhkum marşrutda 15 yaşlı oğlanı qarət etdi

Hadisə Materials 4 İyun 2020 09:26 (UTC +04:00)
Bakıda marşrut avtobusunda azyaşlı qarət edilib.
Bakıda keçmiş məhkum marşrutda 15 yaşlı oğlanı qarət etdi

Bakı. Samir Əli - Trend:

Bakıda marşrut avtobusunda azyaşlı qarət edilib.

Trend-in məlumatına görə, hadisə iyunun 3-də saat 18 radələrində Moskva prospektində 199 saylı xətt avtobusunda baş verib. Naməlum şəxs Abşeron rayon sakini, 2005-ci il təvəllüdlü A. Bayramlının çantasından 300 manatlıq mobil telefonunu oğurlayıb.

Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi, rayon Mühafizə Bölməsinin, Səbail rayon Mühahizə Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Vüqar Abbasov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti