Bakı. Samir Əl - Trend:
Bakıda qadın dərmandan zəhərlənib ölüb.
Trend-in məlumatına görə, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib.
Tovuz rayonunda qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı qəsəbəsində yaşayan, 1953-cü il təvəllüdlü Vəliyeva Füruzə Musa qızı mayın 25-də yaşadığı evdə "Dumble" adlı bitki dərmanı qəbul edib.
Dərmandan zəhərlənən qadın 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Ağciyər xəstəliyi və şəkərli diabetdən əziyyət çəkən qadın iyunun 3-də xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.