...

Tayvan sahillərində 5,2 gücündə zəlzələ olub

Hadisə Materials 11 İyun 2020 07:31 (UTC +04:00)
Tayvan sahillərində 5,2 gücündə zəlzələ olub

Bakı. Trend:

Tayvan adası yaxınlığında 5.2 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə adanın seysmoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri İlayn əyalətinin sahilindən 69,6 kilometr aralıda, ocağı isə 87 kilometr dəniz dibindən dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib. Zərərçəkənlər və ya dağıntılar barədə məlumat hələ verilməyib.

23 milyon əhalisi olan Tayvan Şərqi Asiyanın ən seysmoloji aktiv zonalarından birindı yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti