...

Astara sakini qardaşına atəş açdı

Hadisə Materials 15 İyun 2020 13:57 (UTC +04:00)
Astara sakini qardaşına atəş açdı

Bakı. Trend:

Münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşına xəsarət yetirmiş Astara rayon sakini H.Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 14-də Astara rayonunun Ərçivan qəsəbəsində qəsəbə sakini H.Əliyev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı C.Əliyevin ayaq nahiyəsinə xəsarət yetirib.

C.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Astara RPŞ-nin əməkdaşları tərəfindən H.Əliyev saxlanılıb, ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti