...

Şəmkirdə polis əməliyyat keçirdi, narkotik əkən şəxslər saxlanıldı (FOTO)

Hadisə Materials 18 İyun 2020 11:38 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, iyunun 15-də Şəmkir RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mehirli kənd sakini 56 yaşlı Alim Novruzəliyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan 5 ədəd çətənə kolu aşkar olunub. Bundan başqa A. Novruzəliyevin üzərinə keçirilən baxış zamanı 3 ədəd kibrit qutusunda ümumi çəkisi 17.212 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dəllər-Cəyir kənd sakini 38 yaşlı Tofiq Hüseynova məxsus evin həyətyanı sahəsindən 12 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə kolu - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı həmin şəxslər çətənə kollarını özləri becərdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti