...

Bakıda qadını qarət edən şəxs yaxalandı

Hadisə Materials 10 İyul 2020 10:19 (UTC +04:00)
Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
Bakıda qadını qarət edən şəxs yaxalandı

Bakı. Samir Əli-Trend:

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, hadisə iyunun 29-da paytaxtın Yasamal rayonu Ş. Mehdiyev küçəsində baş verib. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Zakir Aslanov 1959-cu il təvəllüdlü qadının içərisində 290 manat əl çantasını əlindən alıb qaçarkən Post Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti