...

Mingəçevirdə karantini pozan bərbərxana sahibi və müştəriləri cərimələnib (VİDEO)

Hadisə Materials 13 İyul 2020 12:57 (UTC +04:00)
Mingəçevirdə karantini pozan bərbərxana sahibi və müştəriləri cərimələnib (VİDEO)

Bakı. Samir Əli - Trend:

Mingəçevir şəhərində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq
fəaliyyət göstərən bərbərxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata
görə, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir
zamanı şəhər ərazisində Bakir Hacıyevə məxsus kişi salonunun qanunsuz olaraq
sərt karantin rejimində işlədiyi məlum olub. Obyektə baxış zamanı bərbər və
müştərilərin olduğu aşkar edilib.

Rejim qaydalarını pozduqları üçün həmin şəxslər barəsində İnzibati
Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək
cərimələniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti