...

FHN: Gəncədə 7,2 ton benzin yanıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 13 İyul 2020 15:48 (UTC +04:00)
FHN: Gəncədə 7,2 ton benzin yanıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Gəncə şəhərinin Kəpəz rayonunda "LUKOİL" yanacaqdoldurma məntəqəsinin ərazisində tutumu 50 ton olan yeraltı yanacaq çəninin içərisində 7,2 ton yanacaq (benzin) yanıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Yaxınlıqda olan 1 ədəd 50 tonluq və 3 ədəd 25 tonluq yanacaq (benzin və dizel) çəni yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

X X X

12.50

Gəncə şəhəri, Kəpəz rayonu yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində qısa zamanda yanğının yayılmasının qarşısı alınıb, yanğın saat 12:25-də söndürülüb.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti