...

Qanunsuz saxlanılan ov tüfəngi götürülüb

Hadisə Materials 28 Avqust 2020 10:33 (UTC +04:00)
Qanunsuz saxlanılan ov tüfəngi götürülüb

Bakı. Trend:

Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Fərhad Şahməmmədova məxsus fərdi yaşayış evinin həyətindən bir ədəd müvafiq sənədləri olmayan “Toz-8” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti