...

Mənimsəmədə təqsirləndirilən şirkət direktorunun müavininin işi məhkəməyə göndərildi

Hadisə Materials 3 Sentyabr 2020 14:35 (UTC +04:00)
Mənimsəmədə təqsirləndirilən şirkət direktorunun müavininin işi məhkəməyə göndərildi

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Orbit-ay LTD” MMC-nin icraçı direktoru Rəsmiyyə Qazıyevanın həmin MMC-nin direktor müavini vəzifəsində işləmiş Xatirə Həmidova tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş cəmiyyətin xeyli miqdarda pul vəsaitini ələ keçirməsi barədə müraciəti əsasında Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılmış araşdırma nəticəsində qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar Nizami rayon prokurorluğu tərəfindən ləğv edilərək fakt üzrə 26.11.2019-cu il tarixdə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Trend-ə Nizami rayon prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, Nizami rayon prokurorluğu tərəfindən aparılmış istintaqla Xatirə Həmidovanın cəmi 39 min 107 manat məbləğdə pul vəsaitini cəmiyyətin bank hesabında çeklərə imza etməklə ələ keçirib cəmiyyətin kassasına mədaxil etməməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

19.08.2020-ci il tarixdə Xatirə Həmidova Cinayət Məcəlləsinin 179.2.2 (mənimsəmə təkrar törədildikdə), 179.2.3 (mənimsəmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (mənimsəmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd olunan maddələrlə ittiham elan edilmiş və ibtidai istintaq yekunlaşdırılaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Nizami rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti