Bakı. Trend:
Bir az əvvəl Bakının Təbriz küçəsində iaşə obyektində yanğın baş verib.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, yanğınsöndürmə texnikaları əraziyə cəlb olunduğundan Təbriz küçəsinin bu hissəsində hərəkət dayandırılıb.
Bu hal ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkətində çətinliklər yaradıb.