...

Ağcabədidə intihara cəhdin qarşısı alınıb

Hadisə Materials 15 Noyabr 2020 06:01 (UTC +04:00)
Ağcabədidə intihara cəhdin qarşısı alınıb

Bakı. Trend:

Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti