...

Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 2 Dekabr 2020 10:04 (UTC +04:00)
Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən müvafiq araşdırmalar nəticəsində rayonun Dağkəsəmən kənd sakinləri Məmməd Heydərov və onun həyat yoldaşı Gülnarə Heydərova koronavirus testlərinin nəticələrinin pozitiv çıxmasını bilə-bilə, özünütəcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə az təmasda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli olduqları halda yaşadıqları evi tərk etmələri aşkarlanıb.

Həmin şəxslər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə evə göndərilib, barələrində RPŞ-də araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti