...

Oğuzda daha bir koronavirus xəstəsi barədə cinayət işi başlanılıb

Hadisə Materials 3 Dekabr 2020 10:34 (UTC +04:00)
Oğuzda daha bir koronavirus xəstəsi barədə cinayət işi başlanılıb

Bakı. Samir Əli - Trend:

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə daha bir koronavirus xəstəsinin yaşadığı ünvaı tərk etməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, COVİD-19 virusunun daşıyıcısı olan rayonun Sincan kənd sakini Asif Xasıyev karantin qaydalarını pozaraq, yaşadığı ünvanı tərk edib və kənd ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. O, dərhal yaşadığı ünvana geri qaytarılıb.

A.Xasıyev barəsində Oğuz RPŞ-nin İstintaq qrupundan cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti