...

Yaşayış yerini tərk edən COVID-19 daşıyıcısına cinayət işi açıldı (VİDEO)

Hadisə Materials 3 Dekabr 2020 15:46 (UTC +04:00)
Yaşayış yerini tərk edən COVID-19 daşıyıcısına cinayət işi açıldı (VİDEO)

Bakı. Samir Əli - Trend:

Gəncə şəhərində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai yerdə aktiv "COVİD-19" xəstəsi olan 24 yaşlı Ayşən Səmədzadə aşkarlanaraq müalicə təyin edildiyi ünvana yerləşdirilib.

Onun barəsində Gəncə ŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti