...

Mənzildən 67 yaşlı kişi meyiti tapılıb

Hadisə Materials 8 Dekabr 2020 10:42 (UTC +04:00)
Mənzildən 67 yaşlı kişi meyiti tapılıb

Bakı. Trend:

Bakıda mənzillərdən birində 67 yaşlı kişinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Bakiyev Viktor Vasilyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti